Əcnəbi dilin övladlara öyrədilməsi hər bir ailənin şərəf işi olmalıdır

Hər bir fərdin doğma ana dilini bilməsi və öyrənməsi vacibdir. Bu, həyat və yaşam normasıdır. Əslində isə, hər bir ana övladına doğma dilini hələ beşikdə ikən öyrədir və dil açan körpə bu dildə danışır. Lakin, həyatın digər bir reallığı da vardır ki, kamil insan öz intellektual imkanlarını genişləndirmək üçün bir və ya bir neçə əcnəbi dili də öyrənməli olur.

Bəs əcnəbi dil və ya dillər necə öyrənilməlidir? Məncə, əcnəbi dilin övladlara öyrədilməsi hər bir ailənin şərəf işi olmalıdır. Öz övladının gələcəyini təmin etmək, onun karyera yüksəlişinə nail olmaq üçün hər bir valideyn istənilən yolla öz övladına bir və ya bir neçə əcnəbi dil öyrətməlidir. Bunu hansı yolla qurmaq (xaricə göndərmək, repetitora tapşırmaq, məktəbin öhtəsinə buraxmaq, şəxsən öyrətmək və s.) valideynlərin imkanları çərçivəsində həll olunmalıdır. Ən vacib şərt isə belə olmalıdır ki, əcnəbi dilin öyrədilməsi prosesi orta məktəbi bitirənə kimi başa çatdırılmalıdır. Hər hansı bir əcnəbi dili mənimsəmiş şagird, məzun tələbəlik üçün iddialı olmalı və bu hüququ qazanmalıdır!

Bu tələb, yəni əcnəbi dili bilmədən tələbə hüququ qazanmaq imkanı vətəndaşın şəxsi hüququnun pozulması kimi yox, onun hüququnun genişləndirilməsi kimi konstitusiya ilə təsbit olunmalıdır.

Bütün tərbiyə və tədris yalnız doğma dildə – milli dövlət dilində təşkil edilməlidir. Xarici dildə bağça, məktəb, lisey, institut açılmasına dövlət tərəfindən qadağa qoyulmalıdır. Bu, dövlətçiliyə qəsd kimi qiymətləndirilməlidir.

Ağasəf İMRAN

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights