E.Nəcəfov 12 il müddətinə azadlıqdan məhrum edildi

ELAZ.İNFO xəbər verir ki, Elşən Nəcəfovun  dövlət və ictimai xadimlərə sui-qəsd planlaşdırmaqda və başqa ağır cinayətlərdə ittiham olunan məhkəmə araşdırması başa çatıb. Elşən ictimai tədbirlər zamanı xarici dövlət rəsmilərinə və Azərbaycanın dövlət, ictimai-siyasi xadimlərinə qarşı terror aktı törətməyə hazırlaşmaqda ittiham olunub. İstintaq zamanı onun bu niyyətini təsdiqləyən səs yazıları aşkar edilib. Həmin yazılarda Nəcəfov əlbir olduğu şəxsə hücum planları barədə məlumat verir.

O, Dövlət Təhlükəsizliyi Xidməti  tərəfindən saxlanılıb. Məhkəmə qərarı ilə Elm və Təhsil Nazirliyində iş otağına baxış keçirilib, xidməti kompüterində axtarış aparılıb.

Qeyd edək ki, 40 yaşlı Elşən 12 il Elm və Təhsil Nazirliyində işləyib, nazirliyin dəftərxana şöbəsinin baş məsləhətçisi olub.

E.Nəcəfov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights