Ə.İbrahimov: -“Rəhbərlik status deyil”

Rəhbərin kimliyi yox, mənliyi dəyər yaradır. Çünki vəzifə bir kreslo deyil, insanın içində daşıdığı vicdanın güzgüsüdür.

Hüquqşünas Əli İbrahimov deyir ki, “Yalançı və dələduz insan nə qədər yüksəkdə otursa da, rəhbər ola bilmir, çünki rəhbərlik təkcə idarəetmək deyil, güvən yaratmaqdır. Həqiqi rəhbər sahəsinin mənfəətini qoruyarkən işçisinin iradəsini sındırmayan, onun gücünə güc qatan şəxsdir. Qızıl kəsişmə də elə budur, həm işi ucaldıb, həm də insanı qorumaq”.

Ə. İbrahimov vurğulayır ki, “Rəhbərlik status deyil, həm dəyər, həm də məsuliyyət daşıyan bir həyat məktəbidir. Bu dəyəri daşıya bilməyənlər kresloda oturar, amma rəhbər ola bilməzlər”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights