Dürüst və operativ informasiya təqdim edən fədakar zabit- ELŞAD HACIYEV

ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycan polisinin peşəkarlıq, fədakarlıq və şərəf simvollarından biri olan, yüksək intellekti, zəngin həyat təcrübəsi və prinsipial mövqeyi ilə seçilən dəyərli insan polis polkovnik-leytenantı Elşad Hacıyevin doğum günüdür.

Hörmətli Elşad müəllim!

Sizi bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirəm. Peşənizə olan sədaqətiniz, xalqla dövlət arasında körpü rolunu oynamağınız, ictimaiyyətin məlumatlandırılmasında obyektiv və çevik yanaşmanız nümunəvidir. Siz hər zaman Azərbaycan polisinin nüfuzunu ucaldan, adını şərəflə daşıyan, cəmiyyətə dürüst və operativ informasiya təqdim edən fədakar zabit kimi tanınmısınız.

Allah Sizi və sevdiklərinizi qorusun, daim sağlamlıq, ailə səadəti, xidmətinizdə isə uğurlar və möhkəm iradə arzulayıram. Hər zaman xalqın, dövlətin və ədalətin tərəfində olmağınızla fəxr edirik!

Doğum gününüz mübarək, Elşad müəllim!

Əli İBRAHİMOV

Hüquqşünas, vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights