ELAZ.İNFO, BAKI, 19.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Hacıqabulda baş vermiş yol qəzasında xəsarət almış Nicat Aslanovu ötən gün Milli Məclisin deputatı Razi Nurullayev ziyarət edib.
Məlumat üçün bildirim ki, Aslanov Nicat Yadigar oğlu hal-hazırda Buzovna Sanator-kurort Reabilitasiya mərkəzində müalicə alır. İmişli şəhəri sakinidir. Həkim Rəna xanımın sayəsində müsbət irəliləyişlər əldə olunub. Hələ dörd ay da yatmalıdır. Atası və anası da neçə aylardır ki, onun müalicəsinə görə kirayə tutub qalırlar. Düzənləri pozulub.
Yeri gəlmişkən qeyd edək ki, Nicat Aslanov Hacıqabul rayonunda yol kənarında olarkən, TİR maşınının təkəri çıxıb və Nicatı vurub. Durduğu yerdə belə faciə yaşanıb. Nə danışa bilir, nə yeriyə.
Yaxınlarının dediyinə görə o İndi-indi adamları tanımağa başlayır.
…Ağır faciədir və onlara dəstək olmaq lazımdır. Ata və ana üçün ağır bir faciədir.
Nicat evlidir və övladları da var.
Ali təhsilli gəncdir.
Ruslan MƏMMƏDOV