ELAZ.İNFO xəbər verir ki, Dünyaşöhrətli amerikalı jurnalist Taker Karlson və onun çəkiliş heyəti İsraildə saxlanılıb. Hadisə jurnalistin ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ilə müsahibəsindən dərhal sonra baş verib. Məlumata görə, müsahibə başa çatdıqdan qısa müddət sonra İsrail hüquq-mühafizə orqanları Karlsonu və əməkdaşlarını saxlayıblar.
İddia edilir ki, saxlanılma zamanı amerikalı jurnalistin pasportu müsadirə edilib və o, xüsusi dindirmə otağına aparılıb. Hadisənin hansı səbəbdən baş verdiyi və Karlsona qarşı hansı ittihamların irəli sürüldüyü hələlik rəsmən açıqlanmır. Taker Karlsonun ABŞ-ın İsraildəki səfiri ilə keçirdiyi müsahibənin məzmunu və orada səsləndirilən fikirlərin bu saxlanılma ilə əlaqəli olub-olmaması dünya mediasının əsas müzakirə mövzusuna çevrilib. Karlsonun komandası hələlik rəsmi bəyanatla çıxış etməyib.
Taker Karlsonun ABŞ-ın İsraildəki səfiri ilə keçirdiyi müsahibənin məzmunu və orada səsləndirilən fikirlərin bu saxlanılma ilə əlaqəli olub-olmaması dünya mediasının əsas müzakirə mövzusuna çevrilib. Karlsonun komandası hələlik rəsmi bəyanatla çıxış etməyib.
Ruslan MƏMMƏDOV