Dünyanın sonuna 85 saniyə qaldı: “Qiyamət saatı” kritik həddə çatdırıldı

ELAZ.İNFO xəbər verir ki, “Atom Alimləri Bülleteni” (Bulletin of the Atomic Scientists) jurnalının elm və təhlükəsizlik şurası simvolik “Qiyamət saatı”nın (Doomsday Clock) əqrəblərini irəli çəkib. Alimlər bəşəriyyətin məhvini simvolizə edən “nüvə gecə yarısı”na cəmi 85 saniyə qaldığını elan ediblər.

Jurnalın baş direktoru Aleksandra Bell keçirdiyi videokonfransda bildirib ki, 2025-ci il ərzində bəşəriyyət mövcud ekzistensial risklərin aradan qaldırılmasında heç bir ciddi irəliləyiş əldə etməyib. Əksinə, qlobal təhlükəsizlik mühiti daha da pisləşib.

Şuranın sədri Daniel Holts isə vurğulayıb ki, gələn həftə ABŞ və Rusiya arasında nüvə silahlarının məhdudlaşdırılmasına dair sonuncu müqavilənin müddəti başa çatır. Bu, son yarım əsrdə ilk dəfə olaraq silahlanma yarışını cilovlayacaq heç bir hüquqi mexanizmin qalmaması deməkdir. Münaqişələrin kəskinləşməsi və beynəlxalq əməkdaşlığın zəifləməsi dünyayı fəlakətə rekord dərəcədə yaxınlaşdırıb.

Qeyd edək ki, “Qiyamət saatı” layihəsi 1947-ci ildən bəri nüvə təhlükəsi, iqlim dəyişikliyi və digər qlobal risklərin səviyyəsini ölçmək üçün istifadə olunur. Hazırkı “85 saniyə” göstəricisi saatın tarixindəki ən təhlükəli və ən qısa zaman kəsiyidir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights