Dünyanın ən yaxşı 20 şeirində Səməd Vurğun imzası

ELAZ.İNFO

İkinci dünya müharibəsi illərində Rusiyanın millətçi və şovinst gücləri Azərbaycanın qələbəyə verdiyi töhvələri silməyə çalışsalar da arxivlərdə sənədlərin çoxu qalmaqdadır. Canlı qüvvə, neft, silah, geyim, ərzaq, qızıl və digər Azərbaycana aid edilən köməkləri gizlətməyə çalışan rus şovinistləri qələbənin əldə edilməsində bizim dəstəyi qəbul edib açıq demək istəmirlər.

Müharibə illərində Azərbaycan yazıçı və şairlərinin yüzlərlə motivasiya və qələbə şeirləri olub ki, döyüş zamanı əsgərlərə səsləndirilib. Səməd Vurğunun bir misrası isə POSTER edilərək hər yerdə yayılırdı. Şairin:

“Səməd ölümə gedir,
Semyon həlak olmasın deyə.
Semyon özünü qurban verir
Səmədin həyatı üçün.
Onların şifrəsi “Vətən”dir,
Çağırış işarəsi “Qələbə!”dir.”

və “Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gündən! Bu gün bir süngüdür əlimdə qələm” Səməd Varqunun misraları müharibə illərində sovet poeziyasının şüarına çevrilmiş idi.

Qeyd edim ki, 1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində Səməd Vurğunun yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır.

Döyüşçüləri dəstəkləmək üçün Ukrayna meşələrinin üzərindən təyyarələrdən onun “Ukrayna partizanlarına” şeirinin yazılmış vərəqələri atılırdı. Şairin səsi tez-tez cəbhə xəttində, xəstəxanalarda və radioda eşidilirdi. Səməd Vurğun şeirlərini Krımda, Mozdokda, Qroznıda və Novorossiyskdə əsgərlərə oxuyurdu.

Səməd Vurğunun “Azərbaycan” şeiri dillər əzbəriydi, döyüşə yollanan cavanlar və ümumən xalq onun poeziyasının vurğunu idilər.1943-cü ildə onun təşəbbüsü ilə yaradılan Füzuli adına Ziyalılar evi hərbi vətənpərvərliyin təbliği üzrə tək və yeganə məkan olaraq dünya tədqiqatçılarının maraq dairəsinə çevrildi.

Allah rəhmət eləsin Şairə

Ermənilər, ruslar və digər xalqlar görsün ki, onların bizim tarixi saxtalaşdırmaq cəhdləri mümkün deyil və həqiqətlər bir gün üzə çıxır. Məhz ikinci dünya müharibəsində Azərbaycan poeziyası da qələbəni stimullaşdıran amillərdən biri olub ki, bunlar içərisində Səməd Vurğunun misraları böyük əhəmiyyət kəsb edib.

Prof.Dr.Zaur Aliyev

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights