ELAZ.İNFO xəbər verir ki, dünyada ilk dəfə sərhədləri robotlar qorumağa başlayır. Texnologiya nəhəngləri Yaponiya və Çin sərhəd təhlükəsizliyində inqilabi addım atıblar. Belə ki, Tokioda keçirilən beynəlxalq sərgidə təqdim olunan humanoid robotlar artıq rəsmi olaraq sərhəd xidmətinə cəlb edilib.
Yeni nəsil “Walker S2” humanoidləri Çin-Vyetnam sərhədində sınaqdan keçirilir. Bu robotlar insan müdaxiləsi olmadan öz batareyalarını dəyişə bilir və 24/7 rejimində patrul xidməti aparır. Yaponiya tərəfi isə bu rəqabətdə geri qalmamaq üçün fabriklərdən sonra sərhəd bölgələrində də süni intellektli robotları yerləşdirməyi planlaşdırır.Bu texnologiya sərhədlərdə insan itkisini sıfıra endirir və gecə görmə, termal skanlama sayəsində qanunsuz keçidləri anında müəyyən edir.
Ruslan MƏMMƏDOV


