ELAZ.İNFO, BAKI, 16.05.2025.
ELAZ.İNFO xəbər verir ki,bu gün McDonalds şəbəkəsinin yaradılmasından 85 il keçir. 1940-cı ildə ABŞda Makdonald qardaşları tərəfindən yaradılan şəbəkənin dünyanın 118 ölkəsində 32000 filialı fəaliyyət göstərir, ümumilikdə 1.5 milyon işçisi vardır.
Azərbaycanda 1999-cu ildə ilk filialı yaradılmış şirkətin hazırda 2500 dən çox işçisi vardır.
Ekspertlər çox zaman söyləyirlər ki, şirkətlərin yüksəlişi olduğu kimi mütləq çöküşü də olmalıdır. Amma McDonalds sübut edir ki, cari ehtiyacları vaxtında müəyyən edən,dünyanın dəngəsini tutmağı bacaran şirkətlər heç də mütləq çöküşü yaşamaya bilər.
Aysun NƏCƏFOVA