ELAZ.İNFO xəbər verir ki, bu gün Dünya Türk Dili Ailəsi günüdür.
1893-cü il dekabrın 15-də danimarkalı alim Vilhelm Tomsen türk dilinin ən qədim abidələrindən biri olan Orxon yazılarının əlifbasını deşifrə etdiyini elan edib. Həmin tarixə qədər – 1889-cu ildə rus tədqiqatçısı Nikolay Mixayloviç Yadrintsev də Monqolustanın Orxon vadisində aşkar olunmuş daş yazılar haqqında bilgiləri toplamışdı. Lakin dekabrının 15-nin seçilməsi xüsusilə əhəmiyyətlidir. Bu tarix türk dil ailəsinin dərin köklü tarixini və ortaq mədəni irsini nümayiş etdirən bir dönüş nöqtəsi oldu. Bu səbəbdən də UNESCO dekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü elan edib.
Aydan


