Dünya şöhrətli alim İbrahim Yıldırım haqq dünyasına qovuşdu

ELAZ.İNFO xəbər verir ki, bu gün dünya şöhrətli alim, İstanbul Universitetinin professoru, tanınmış plastik-cərrah, görkəmli ziyalı və insanpərvər şəxsiyyət İbrahim Yıldırım haqq dünyasına qovuşub.

Professor İbrahim Yıldırım yalnız bir həkim və alim deyildi – o, böyük bir yol göstərici, maarifçi və əsl aydın idi. Müstəqilliyimizin ilk illərindən etibarən 100-ə yaxın azərbaycanlı gəncin qardaş Türkiyədə yüksək səviyyədə tibb təhsili alaraq yetişməsinə səbəb olan bu böyük insan, təkcə elmi ilə deyil, həm də ürəyi ilə yol açanlardan oldu.

Beynəlxalq tibb ictimaiyyətinin yaxşı tanıdığı, tibb elmində bir çox ilkə imza atmış, xarici ölkələrdə keçirdiyi məruzələri ilə daim yüksək dəyərləndirilmiş bir alim kimi, o, sadəcə kitablar yazmadı – insanlar yetişdirdi. Azərbaycanın adını layiqincə təmsil etdi, hər zaman, hər məkanda.

Onun ömrü mənalı, fəaliyyəti isə iz qoyan bir ömür idi. Yetişdirdiyi mütəxəssislər, elmi irsi və insani dəyərləri ilə yaşayacaq.

Allah rəhmət eləsin. Ruhun şad, məkanı cənnət olsun əzizimiz, dəyərlimiz.

Məhluqə QARAMANLI

Bizimlə oxuyun
Verified by MonsterInsights