Allah yer üzünü biz insanların xoşuna gələn bir çox nemətlərlə bəzəmişdir. Bu nemətlərdənistədiyimiz kimi istifadə etməkdə də sərbəst olduğumuzu bildirmişdir. Ancaq bununla yanaşı, bu nemətlər üçün şükür etməyımızı və dünyəvi həvəslərlə axirətimizi unutmamağı xatırlatmışdır. Çünki insanların bu dünyada yaşadığı həyat əsl həyatı deyildir. Əsl həyatımiz ölümlə başlayan və əbədiyyən davam edən axirət həyatıdır. Ona görə, axirəti unudub 50-60 illik dünya həyatına bağlanmaq böyük qəflətdir. Axirəti unudan insanlar həm bu dünyadakı bir çox gözəllikdən, həm də axirət nemətlərindən məhrum olur. Dünyaya bağlanan insanlar əsl yaradılış məqsədlərini, Allah qarşısındakı vəzifələrini, ölümü və ölümdən sonrakı həyatı lazımınca dəyərləndirmir və doğru düşünə bilmirlər.
“… Onlar dünya həyatı ilə sevinirlər. Halbuki, dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.” (Rad surəsi, 26)
Dünya həyatında qarşılaşdığımız hər nemətin Allahın bir lütfü kimi bizə verildiyini bilsək və həyatımızın əsl məqsədinin Allahın rizasını qazanmaq olduğunu unutmasaq, Allahın izni ilə, ağlımızın qarşısını kəsən maneələr də aradan qalxar. Allah səmimi qullarına belə vəd verir: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Nəhl surəsi, 97)
Düşünmək insanın ən əsas xüsusiyyətlərindən biridir. Lakin bəzən saatlarla, hətta günlərlə düşünür, ancaq sərf etdiyi uzun vaxtdan sonra ortaya heç bir nəticə çıxara bilmirik. Əslində ancaq düşünmək üçün deyil, nəticə çıxarmaq, fayda vermək, doğrunu tapmaq və gözəl şeylər hasil etmək üçün düşünməliyik. Bu düşüncələrin nəticəsini isə ağıl müəyyənləşdirir. Yəni, vaxt itkisinə səbəb olan, nəticə verməyən mövzulara dalıb ağlını boş şeylərlə məşğul etmək, məsələn boş şübhələrə qapılmaq, şeytanın vəsvəsələrini dinləmək və gələcəyə aid narahat düşüncələrlə vaxtı itirməkdir.
Zəka, ən çox tanınan mənada insanın düşünmə, həqiqətləri hiss etmə, mühakimə etmə və nəticə çıxarma bacarıqlarının cəmidir. İlk dəfə qarşılaşılan və ani şəkildə əmələ gələn hadisələrə uyğunlaşma, anlama, öyrənmə, təhlil etmə bacarığı, beş hissin, diqqətin və düşüncənin cəmlənməsi, incəliklərə diqqət verilməsi zəka vasitəsilə həyata keçirilir. Zəkanın fərqli təriflərinin olmasına baxmayaraq, zəkaya aid nəzəriyyələrin hamısında insanda zəkanın anadangəlmə olduğu, adətən irsi yolla nəsildən-nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarından ibarət öyrənmə və ətraf təsirlərlə formalaşan məfhum olduğu bildirilir.
Zəka və ağıl çox vaxt eyni mənada işlədilsə də, tamamilə fərqli iki qavrayışdır. Zəka səbəb ilə nəticə arasındakı əlaqələri tapmaq, bənzərlik və fərqləri dərk etməkdir. Ağıllı bir insan zəkanın verdiyi bütün üstünlükləri istifadə etməsilə bərabər zəkalı bir insanın sahib olmadığı bir qavrama və bacarığa malikdir.
Ağıl insana zəkadan çox üstün bir anlayış qazandıran, dərin düşünmək, doğrunu anlamaq və hər məsələnin həlli yolunu tapmaq bacarığıdır. Habelə ağıl həyatın hər sahəsinə hakim olan və bir çox məsələdə uğurlar gətirən bacarıqdır. İnsanın doğrunu yanlışdan ayırmasını və beləliklə, həyatın hər mərhələsində ən doğru şəkildə düşünməsini,ən düzgün dəyərləndirmələr etməsini və ən yararlı qərarlar verməsini təmin edir.
Zəkanın beyində yerləşdiyi qəbul edilmişdir. Bir insan beynində 10 milyarddan çox sinir hüceyrəsi var. Hər bir hüceyrə təxminən 10000 hüceyrə ilə əlaqəli şəkildə işləyir. Neyron adlandırılan bu sinir hüceyrələrində siqnallar çox mürəkkəb elektro-kimyəvi hadisələr zəncirilə meydana gələn və sayı saniyədə 1000-ə yaxın titrəmələr halında ötürülür.
“Bir insan yeni bir mühitdə mürəkkəb problemləri həll edərkən zəkanın iki əsas ünsürü olduğunu ortaya çıxarmışdır. Bunlar “yeni bir informasiya ötürmə sürəti” və “yaddaşın sürəti”dir. Zəkalı insanlar qısa müddətli yaddaşlarında daha çox məlumat saxlaya bilir və bu məlumatlar üzərində müxtəlif fəaliyyətlər həyata keçirirlər.
Quranda nəzərdə tutulan ağıl mənəvi xüsusiyyətdir. Quranda bir çox ayədə “başa düşən qəlblərdən” bəhs edilir. Ona görə, əsl ağıl beyinin bir funksiyası olan zəkadan çox fərqlidir. Ağıl və vicdan qəlbdə olur. Quran ayələrində ağılın qəlbdə olduğu və ağılsızların qəlbləri kor olduğuna görə anlamadıqları açıq-aşkar ifadə edilir. Ayədə belə buyurulur:
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər kor olar. (Həcc surəsi, 46)
Araşdırmalar daha zəkalı insanların beyin fəaliyyətlərini daha kiçik hissələrə sığışdıraraq mürəkkəb fəaliyyətləri həyata keçirə bildiklərini göstərir. Bu şəxslərin beyinlərindəki fəal hissələr həmin iş üçün lazımlı hissələrdir. Daha az bacarıqlı insanlar isə eyni fəaliyyət üçün beyinlərində daha geniş hissəni fəallaşdırmalı və daha çox enerji sərf etməlidirlər. Qısacası, elmi tapıntılar daha zəkalı beyinlərin daha faydalı çalışdıqlarını ortaya qoyur.
İnsana bu bacarığı qazandıran yeganə xüsusiyyət isə imandır. Allah iman gətirib Ondan qorxub çəkinən insanlara qatından xüsusi bir anlayış verir. Quranda Allah qorxusunun insana qazandırdığı bu anlayış belə ifadə edilmişdir:
Allah qorxusu ağılın mənbəyidir. Bir insan çox zəkalı ola bilər, ancaq Allah qorxusu olmadıqda ağılsız olur
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir! (Ənfal surəsi, 29)
Mənzər AĞAYEVA
İlahiyyatçı