Dünya beşdən böyükdür

Ukrayna Rusiya müharibəsində Rusiyanın atəşkəs rejiminə rəsmən etiraz etməsə də, hərbi geyimdə Kurska getməsi onun diplomatiya dilində atəşkəsə razılaşmadığını göstərdi. Əslində Zelenski uzunmüddətli və zəmanətli atəşkəs istəyir, amma Rusiya elə bir mövqe sərgiləyir ki, bu üçüncü dünya müharibəsini saniyələrlə yaxınlaşdırır.

Əslində 30 günlük atəşkəs ideyası Londonun mətbəxindən çıxıb. Sanki 2-ci dünya müharibəsinin gedişinə təsir edən ingilis siyasəti yenidən ortaya qoyulub. Məqsəd Rusiyanı müharibəyə çəkib, iqtisadiyyatını zəiflətmək və özlərini karlı çıxarmaqdır. Düşünürəm ki, Rusiya bu müharibəni başlamaqla belə yanlışa yol verdi və Avropanın nəzərdə tutulan siyasətini həyata keçirmək üçün zəmin yaratdı.

Başqa bir tərəf- Vaşinqton və Çin Rusiyanın iqtisadiyyatının çöküşündən istifadə edərək, onun iqtısadiyyatına sahib olmaq istəyir. Güclü iqtisadiyyat kimin əlindədirsə, güc də ondan yanadır. Amma Türk dünyasını bu proseslərdə görməzdən gələnlər çox yanılır. Yeni dünya güclərinin içində Türkün yeri bəllidir. Dünya beşdən böyükdür.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights