Dünya arenasında Azərbaycan imzası

ELAZ.İNFO xəbər verir ki, “World Karate Federation” platformasında ölkəmizin hakimlik şərəfini layiqincə qoruyan Azərbaycan Karate Federasiyasının Hakimlər Kollegiyasının sədri Cahangir Babayev və yeniyetmə və gənclərdən ibarət Kata üzrə yığma komandanın baş məşqçisi Vüqar Kərimov dünya sıralamasında ilk 10-luqda qərar alıblar!

Bu, təkcə şəxsi uğur deyil — bu, Azərbaycan karatesinin beynəlxalq nüfuzunun, zəhmətin və peşəkarlığın nəticəsidir. Dünya miqyasında ilk 10-luqda yer almaq böyük məsuliyyət və böyük qürurdur.

Bu əlamətdar hadisə münasibətilə başda federasiya rəhbərliyi olmaqla bütün karate ailəsini ürəkdən təbrik edir, yeni zirvələr və davamlı uğurlar arzulayırlq.

Azərbaycan bayrağı dünya tatamisində daim zirvədə dalğalansın!

Cavid ƏLİYEV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights