ELAZ.İNFO xəbər verir ki, Dünyanın ən böyük buz örtüklərindən biri olan Antarktida hər il orta hesabla 135 milyard ton buz itirir. QrenlanAlimlər qlobal istiləşmənin təsirlərinin dərinləşdiyini xəbərdar edirlər.
Qlobal istiləşmə səbəbindən buzlaqların sahəsi və həcmi azaldıqca, Avropa Alpları və Qafqaz dağlarındakı buzlaqların 2100-cü ilə qədər tamamilə yox olacağı proqnozlaşdırılır.
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) məlumatlarına görə, qlobal istiləşmə səbəbindən dəniz və hava temperaturu yüksəlir. Bu artım çoxlu miqdarda şirin su saxlayan buzlaqların sürətlə əriməsinə səbəb olur.
Dünyanın ən böyük buz kütlələrindən biri olan Antarktida hər il orta hesabla 135 milyard ton, Qrenlandiya isə təxminən 266 milyard ton buz itirir.
Sürix Federal Texnologiya İnstitutunun Mülki, Ətraf Mühit və Geomatika Mühəndisliyi kafedrasının mühazirəçisi Dr. Matthias Huss buzlaqların əriməsi üçün kritik hədləri və qlobal istiləşmənin bu sürətlənən ərimə nöqtələrinə təsirini qiymətləndirib.
Huss dünyanın buz təbəqəsindəki dəyişikliyin əsas səbəbinin birbaşa iqlim şəraiti ilə əlaqəli olduğunu və son əsrdə yaşanan dəyişikliklərin əsas səbəbinin insan fəaliyyəti səbəbindən artan istiləşmə olduğunu qeyd etdi.
ƏN KRİTİK BÖLGƏLƏR
Huss, dünyada buzlaqların ərimə sürətinin əvvəlki onilliklə müqayisədə 2010-2020-ci illər arasında təxminən 36 faiz artdığını bildirib.
Huss qeyd edib ki, Avropada Alp və Qafqaz Dağları kimi nisbətən kiçik buzlaqları olan bölgələr ən sürətli itkini yaşayır. Alyaska və Pataqoniya kimi bölgələr ümumi buz itkisi baxımından ən kritik vəziyyətdədir.
Günel GÜNTAC
