Duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır

ELAZ.İNFO xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətiin məlumatına görə əsasən ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Lənkəranda 21, Astarada 15, Lerikdə 12, Qobustan, Şamaxı, Qəbələdə 9, İmişli, Biləsuvar, Cəlilabad, Kürdəmirdə 8, Neftçala, Yardımlı, Altıağac, İsmayıllı, Daşkəsən, Tərtər, Mingəçevir, Zərdab, Göyçay, Biləsuvar, Ağsu, Sabirabad, Naftalan, Oğuz, Yevlax, Xaltan, Gədəbəy, Sarıbaş (Qax), Ağstafa, Göygöl, Quba, Qusar, Kəlbəcər, Goranboy, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron yarımadasında 4 mm-dək qeydə alınır.

Sumqayıt, Daşkəsən, Naftalan, Göygöl, Sarıbaş (Qax), Şəmkir, Şamaxı, Qrız, Yevlax, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights