Dronlar pilotsuz uçuş aparatlarıdır, yəni içində pilot olmayan və uzaqdan idarə olunan kiçik hava maşınlarıdır.
“Drone” sözü ingilis dilindən gəlir və erkək arı mənasını verir, səsə görə belə adlandırılıb.
Dronlar ilk dəfə XX əsrin əvvəllərində ideya kimi yaransa da, bu gün texnologiyanın sürətli inkişafı ilə həm gündəlik, həm də strateji işlərdə geniş istifadə olunur.
Dronlar kino çəkilişində, reklamda, kənd təsərrüfatında, torpaq ölçümündə, tikinti planlaşdırılmasında, xilasetmə əməliyyatlarında və təhlükəsizlik sahələrində işlədilir. 
Bu aparatları Amerika Birləşmiş Ştatları, Çin, Türkiyə və İsrail kimi ölkələrdə yaxşı inkişaf etmiş istehsalçıları var.
Kiçik mülki dronlar elektriklə işləyir və adətən 20–40 dəqiqə havada qala bilir, peşəkar modellərin uçuş müddəti isə daha çoxdur. 
Böyük və hərbi dronlar isə benzin və ya yanacaq mühərriki ilə daha uzun məsafə və saatlarla uçuş üçün nəzərdə tutulur.
Dronlar yerdən pultla, peyk siqnalları ilə və ya süni intellektlə idarə olunur.
Onların gövdəsi yüngül və möhkəm olması üçün karbon lif, alüminium və digər materiallardan hazırlanır.
Dronlar artıq sadəcə bir cihaz deyil, bu texnologiya müasir dövrdə təhlükəsizlik, elmi araşdırma və yaradıcı sahələrdə yeni imkanlar açır.
Avtandil SADIQOV