Dözməyin bir həddi, bir sərhəddi var

ELAZ.İNFO

Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əlyevanın Vatikana səfəri, dövlətimizin xarici siyasətinin tərkib hissəsidir. Bu səfər Xalqımızın və dövlətimizin digər xalqlara, digər dinlərə və dillərə nə qədər tolerant yanaşdığının əyani göstəricisidir. Bu sahədə inamla demək olar ki, Azərbaycan bütün dünyaya nümunədir. Azərbaycan tolerantlığı hətta tolerantlıqdan da artıq dərəcədə anlam daşıyır. Tolerant sözünün mənası, dözümlülük, dözmək deməkdir. Dözməyin isə bir həddi var, bir sərhəddi var. Müəyyən vaxtdan sonra dözümün sonu olur. Avropada bu belədir. Müəyyən həddən sonra etrazlar olur. Bunun dəfələrlə şahidi olmuşuq. Amma Azərbaycan xalqında başqa dinlərə və başqa dillərə tolerantlıq yox, XOŞGÖRÜ var. Azəərbaycan digər dinləri və xalqları olduğu kimi qəbul edib sevir. Xoşgörüdə sərhəd yoxdur. Əsrlərlə bu belə olub və bu gün də bu belədir. Ona görə də Azərbaycana hansı millətin və ya hansı dinin mənsubları gəlbsə buranı öz evi kimi bilib və illərlə, əsrlərlə yaşayıblar və yaşamaqda davam edirlər. Bəlkə də bu qədər xoşgörü zərərdir? Bəlkə bu ifratdır?! Məlumdur ki, ifratcılıq bütün sahələrdə zərərlidir. Ümumiyyətlə digər xalqlara və digər din sahiblərinə elə hörmət etmək lazımdır ki, Azərbaycan onlara “ev”i olmasın! Elə hörmət etmək lazımdır ki, hər zaman qonaq kimi rahat və xoşbəxt yaşaya bilsinlər. Azərbaycanın birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycan xalqının nə qədər sülhpərvər, nə qədər xoşgörü bir xalq olduğunu əyani olaraq bütün dünyaya bir daha göstərir.

Tahir ƏLƏKBƏROV

Bizimlə oxuyun
Verified by MonsterInsights