Döyüş çölündə yalnız onların qalxanları qalmışdı

ELAZ.İNFO

Eramızdan əvvəl 66-cı ildə Pont çarı (Kiçik Asiya) Vl Mitridat Yevpatoru məğlub edən Roma konsulu Pompey İberiya (Gürcüstan) ərazisindən şimala qaçan Mitridatı təqib edərək Qafqaza daxil oldu. ilk hədəfi Qafqaz Albaniyası dövləti idi.
Alban çarı Oroys (Uruz) öz qoşunu ilə Pompeyin leqionlarını ilk əvvəl 40 minlik qoşunu ilə Kür cayı sahilində qarsıladı və ilk döyüsdən sonra şimala çəkilməyə məcbur oldu.
Pompey sərkərdələri Lutsi Flakka və Metell Selerlə birlikdə leqionlarını Qanıxçayı İberiya səmtindən Dəmirqazıq (Qax rayonu Qanıxçay vadisində ərazi) adlanan ərazisindən keçirdilər.
Alban çarı dövrünün cahanşümül dövləti Romanın ən güclü sərkərdəsi olan Pompeyin legionlarını Qanıxcay vadisinin dağ ətəyi bir ərazisidə( ehtimallara görə Gülluk və Ləkit kəndləri arasında) qarşıladı.
Şiddətli döyüş axşama qədər davam etdi. Döyüşün gedişində alban sərkərdəsi, çar Oroysun qardaşı Kozis Pompeylə təkbətək döyüşdə ödürüldü. Romalılar sonda qalib gəldilər və albanlar meşəyə çəkilmək məcburiyyətində qaldılar. Romalılar meşəyə od vurdular və albanların çoxu alovlar içində tələf oldu.
Roma tarixçisi Dion Kassi alban ordusunun içində atlı qadın döyüsçülərin də kişilərlə ciyin-ciyinə əzmlə vuruşduqlarını yazırdı. Tarixçi qeyd edirdi ki döyüş bitdikdən sonra roma əsgərləri öldürülmüş qadın cəsədlərinə rast gəlmədilər.Döyüş çölündə yalnız onların qalxanları (koturna) qalmışdı cəsədlər isə geri çəkilən alban döyüşçüləri tərəfindən götürülüb aparılmışdı.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights