Dövlətin göstərişi ilə kim hara getməlidirsə, gedəcək

Bu gün bəzi insanlar gündəmə gəlmək üçün qaçqınlıq mövzusunu ortaya atır, müzakirələr açır, mühakimələr edir. Halbuki, görülən işlərlə gündəmə gəlmək daha doğrudur. Bir video paylaşılır, sonra insanlar bölünür: bir tərəf dəstəkləyir, bir tərəf qınayır. Amma nədən yalnız Qarabağlıları müzakirə edirsiniz? Axı Azərbaycanda təkcə Qarabağdan yox, başqa rayonlardan da Bakıya köçmüş insanlar var. Bakı hamınındır, burada yaşayan hər kəsin payı var.

Artıq 30 ildən çoxdur ki, insanlar Bakıda öz həyatlarını qurublar. Bəziləri burada doğulub, böyüyüb, amma yenə də ürəkləri Qarabağla döyünür. Və nə vaxt onlara “geri qayıdın” deyiləcəksə, onlar sevinclə öz yurdlarına dönəcəklər. Mən Qarabağlı deyiləm, amma haqqın yanındayam. Bu xalqı parçalamaq, insanları bir-birinə qarşı qoymaq yolverilməzdir. Erməni ilə mübarizə bitdi, indi özümüz-özümüzə düşmən kəsilmək ayıbdır.

Biz hamımız Azərbaycanlıyıq. Bir gün lazım olsa, dövlətin göstərişi ilə kim hara getməlidirsə, gedəcək. O vaxta qədər isə ən vacibi birliyimizi qorumaqdır. Çünki bu xalqı güclü edən də məhz həmrəylikdir.

Fatimə HACIBƏYLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights