Dövlətimizin sərhədləri daim etibarlı əllərdədir

ELAZ.İNFO xəbər verir ki, bu gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını böyük qürurla qeyd edirlər.

Ölkəmizin dövlət sərhədlərinin keşiyində mətinliklə dayanan, ərazi bütövlüyümüzün qorunmasında fədakarlıq göstərən sərhədçilərimiz Azərbaycan xalqının qürurudur. Onların sayıqlığı, rəşadəti və vətənpərvərliyi nəticəsində dövlətimizin sərhədləri daim etibarlı əllərdədir.

Azərbaycan sərhədçisinin şərəfli peşəsinə verilən yüksək dəyərin əsası hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi qərarla qoyulmuş, ulu öndər Heydər Əliyevin tarixi fərman və sərəncamları ilə möhkəmləndirilmiş, bu gün isə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə çatdırılmışdır. Dövlət Sərhəd Xidməti müasir imkanlara, güclü infrastruktur və texniki təminata malik olmaqla, Vətənimizin təhlükəsizliyini etibarlı şəkildə təmin edir.

Sərhədçilərimizin şücaəti, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın müqəddəs xatirəsi hər zaman xalqımız tərəfindən ehtiramla anılır. Bu müqəddəs xidmət yolunda can qoyan bütün igidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı, hazırda xidmət edən sərhədçilərimizə möhkəm iradə, güc-qüvvət və daim qələbə sevinci arzulayıram.

Uca Tanrı Azərbaycan sərhədlərini və sərhədçilərimizi daim qorusun!

Əli İBRAHİMOV

Hüquqşünas, vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights