ELAZ.İNFO xəbər verir ki, axşam təqribən 20 radələrində Bakı-Astara yolunun Ələt qəsəbəsində dörd yol kimi tanınan ərazidə Mersedes markalı avtomobil işdən qayıdan Salyan rayon Yenikənd kəndi sakini Mehdi Manafov və 45 yaşında Anar Bayramlını vuraraq həyatlarına son qoymuşdur.
Anar Bayramlının atası da oğlunun bu faciəsinə ürəyi dözməyərək morqda ürəyi dayanaraq vəfat edib.
Meyidlər tibbi ekspertizadan keçirildikdən sonra ailələrinə təhvil verilib.
Mərhumlar bu gün doğulduqları kənddə dəfin ediləcələr.
Ailələrinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!
Ruslan MƏMMƏDOV