ABŞ Prezidenti jurnalistlərlə görüşündə xüsusi intonasiya ilə bildirir ki, -“Elə bir məqam gəlir ki, ya dözməlisən, ya da susmalısan”. Fikrimcə, Tram bu fikrini birbaşa Ukraynaya xitabən səsləndirir.
Qərbin dəstəklədiyi və illərlə silah-sursatla təmin etdiyi, humanitar yardım göstərdiyi Ukraynaya qarşı Tramp soyuqluğu və “əmr”i, ibarə və davranışları hansı məqamlardan xəbər verir? Öncə “qaç” dedilər, sonra “tut”mu?
Prezident kürsüsünə oturandan bəri gah iqtisadi məsələləri dolaşdırmağa, dünyanı silkələməyə çalışan Tramp dünyada baş verən siyasi hadisələri də nəzarət altında saxlamaq və diktə etmək məqsədindədir. O heç nəyi qaçırmır. Məsələlərə öz maraqları çıxarından yanaşır. Hegemon ölkənin hegemon başçısı diqqəti daima öz üzərində saxlamaq üçün heç bir məqamı da əldən buraxmır.
Trampın Ukrayna siyasətinə diqqət yetirsək görərik ki, Ukrayna xalqının azadlıq savaşının boğulacağına dair işarələr vardır. İşğalçıya qarşı savaşda Ukraynanın istəyi yalnız öz torpaqlarının azad edilməsidir. Hər halda bunu irəliləyən zaman göstərəcək. Hələlik görünən odur ki, Ukrayna hökuməti və Ukrayna xalqı səksəkə içərisindədir.
İlahə BAYINDIR