Donald Tramp: -“Ukraynanı Rusiya ilə Avropa arasında bufer kimi düşünmüşəm”

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşdən sonra yeni bəyanatla çıxış edib.

Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin yaxşı iş gördüklərini deyən Tramp, Zelenskinin Rusiya ilə müharibəni bitirmək üçün bir qədər çeviklik nümayiş etdirməli olduğunu deyib.

“Biz yaxın həftələrdə Putini başa düşəcəyik” deyən Tramp, “Putinin razılaşmaq istəməsi ehtimalı azdır” deyə söyləyib.

ABŞ prezidenti Fransa, Almaniya və Böyük Britaniyanın Ukraynanın təhlükəsizlik zəmanəti çərçivəsində əraziyə qoşun yeritmək istədiklərini bildirib və Kiyevin NATO-ya qoşulmayacağını vurğulayıb.

Tramp qeyd edib ki, “Bir növ təhlükəsizlik olacaq; bu, NATO ola bilməz. Mən həmişə Ukraynanı Rusiya ilə Avropa arasında bufer kimi düşünmüşəm”.

Tramp Avropa liderləri qarşısında deyib ki, “Putinlə isti münasibətlərin olması yaxşıdır. Vaxt itirmək istəmirəm, sadəcə, müharibəni bitirmək istəyirəm”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights