Donald Tramp: -“Tezliklə görüşmək şansımız var”

PUTİN İLƏ TƏCİLİ GÖRÜŞÜN SİQNALLARI

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Tramp xüsusi nümayəndə Vitkoffun Putinlə görüşünün çox məhsuldar keçdiyini açıqlayıb. Tramp “Putinlə çoxlu görüşlərimiz olub. Tezliklə görüşmək şansımız var” deyib. O, bu fikrini özünün sosial şəbəkə hesabında paylaşıb.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüşdə Rusiya-Ukrayna prosesini dəyərləndirib. Rusiya-Ukrayna müharibəsinin bir an əvvəl bitməsini istədiyini bildirən Tramp Moskvadakı danışıqların çox məhsuldar keçdiyini və bu istiqamətdəki səylərinin davam edəcəyini vurğulayıb.

Putinlə yaxın vaxtlarda görüşmək ehtimalı ilə bağlı suala Tramp, “Bəli, bunun baş vermə ehtimalı çox yüksəkdir. Biz hələ hara qərar verməmişik. Yol uzundur, lakin çox yaxında görüş ehtimalı yüksəkdir” deyib.

Bir nüansı da bildirək ki, ABŞ prezidenti görüşün vaxtı ilə bağlı ehtiyatlı danışıb və əlavə edib ki, daha əvvəl Putinin mövqeyindən məyus olub.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights