Donald Tramp: “Rusiya və Ukrayna bu həftə razılığa gələcək”

Rusiya Pasxa bayramı ilə əlaqədar olaraq Ukraynada 30 saatlıq atəşkəs elan etmişdi. Ötən gün yerli vaxtla saat 18:00-da başlayan atəşkəs gecə yarısı başa çatıb.

ELAZ.İNFO xəbər verir ki, həm Ukrayna, həm də Rusiya bir-birini bu atəşkəsi pozmaqda ittiham edib.
Ukraynanın atəşkəsin 30 günə qədər uzadılması təklifi Moskva tərəfindən qəbul edilməyib.

ABŞ prezidenti özünün tvitter hesabında yazıb ki, “ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcək. Bundan sonra hər ikisi ABŞ-la böyük biznesə başlayacaq və sərvət qazanacaqlar”.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights