Donald Tramp: “O, qəbul etdi, başqa seçimi yox idi”

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs və daimi sülh razılaşmasına “çox yaxın” olduqlarını bildirib.

Axios-a verdiyi açıqlamada Tramp bildirib ki, “Bibi (Netanyahu) ilə danışdım və ona -“Bu sənin qələbə şansındır” dedim. O, qəbul etdi, başqa seçimi yox idi”.

Məlumat üçün bildirək ki, görüş zamanı Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS üzərində böyük təsirə malik olduğunu və girovların azad edilməsi prosesində “çox yardımçı” olduğunu söyləyib. O vurğulayıb ki, “Ərdoğan çox kömək etdi”.

Tramp deyib ki. “O, (Ərdoğan) sərt oğlandır, amma mənim dostumdur və bu işdə əla idi”.

Onu da bildirək ki, ABŞ rəsmisi Axios-a təsdiqləyib ki, Tramp Həmasın cavabından əvvəl cümə günü Ərdoğanla telefonla danışıb və ondan razılaşmanı dəstəkləməsini istəyib.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights