ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində hər kəsi dərhal İranın paytaxtını tərk etməyə səsləyib.
O yazıb ki, “İran mən dediyim “sövdələşməni” imzalamalı idi. Bu biabırçılıq və boş yerə insanların həyatlarını itirməsidir. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hər kəs dərhal Tehrandan təxliyə olunmalıdır!”
Donald Trampın bu çağırışı yəqin ki, İsrail elçisi ABD-yə müraciətində səsləndirmişdi ki, “70-80 metr dərinlikdə yerləşən “Fordo”nu vurmaq üçün lazım olan yeganə silah- bomba ABŞ-dadır”. Yəqin rəsmi İsrailin bu müraciəti rəsmi ABŞ tərəfindən təsdiqlənib.
Hazırda dünyanın diqqəti İranın üzərindədir. Görəsən nə baş verəcək?
İlahə BAYINDIR
