Donald Tramp: -“Hindistan-Pakistan qarşıdurmasına dünya dözə bilməz”

ELAZ.İNFO, BAKI, 07.05.2025.

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Hindistanın Pakistanla son qarşıdurmasını “ayıb” adlandırıb və nüvə silahına malik iki qonşu arasında gərginliyin “çox tez” bitəcəyinə ümid etdiyini bildirib.

ABŞ Prezidenti əlavə edib ki, BMT Hindistanın Pakistana raket hücumlarından “çox narahat” olduğu barədə xəbərdarlıq edib”

Məlumat üçün bildirək ki, çərşənbə axşamı Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp qətiyyətlə söyləyib ki, “Hindistan-Pakistan qarşıdurmasına “dünya dözə bilməz”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights