ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth” özünün sosial şəbəkəsindəki səhifəsində Azərbaycan və Ermənistan Prezidentlərinin ABŞ-da rəsmi səfərləri ilə bağlı maraqlı paylaşımlar edib və bildirib ki, O, sabah Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacaq.
Tramp vurğulayıb ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.
ABŞ Prezidenti onu da yazıb ki, “Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”.
Tramp həmçinin qeyd edib ki, “Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”.
Günel GÜNTAC
