Donald Tramp: -“Bizim səbrimiz tükənir”

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib.

Ağ Ev rəhbəri “Truth Social” sosial şəbələsində yazıb ki, Tramp İran problemini həll etmək üçün ABŞ Ordusundan istifadə etmək istəmədiyini, lakin Vaşinqtonun səbri tükənib.

Tramp onu da yazıb ki, “Biz İranın ali rəhbərinin harada gizləndiyini bilirik. O, çox asan hədəfdir, lakin orada təhlükəsizlikdədir. Biz onu hələlik öldürməyəcəyik. Mülki şəxslərə və ya ABŞ hərbçilərinə raket atılmasını istəmirik”

Sonda o işarə vurub ki, “Bizim səbrimiz tükənir”.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights