ELAZ.İNFO xəbər verir ki, Astaranın “Dolu” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb.
Astara rayonu, Şiyəkəran kəndində fəaliyyət göstərən, fiziki şəxs Bağırova Aynura Hacıhüseyn qızına məxsus “Dolu” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, mənşəyi məlum olmayan saxta alkoqollu içkilər araşdırılması üçün aidiyyəti orqana göndərilib.
Aydan


