ELAZ.İNFO xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq Heydər Əliyev Mərkəzində “Dolu” bədii filmi nümayiş etdirilib.
Tədbirdə rayon ictimaiyyəti ilə birlikdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da iştirak edib.
Sözardı: Qeyd edək ki, 2012-ci ildə çəkilən film Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Birinci Qarabağ müharibəsi zamanı baş verən gerçək hadisələrdən bəhs edir.
Elxan Cəfərovun rejissorluğu ilə Aqil Abbasın eyniadlı romanı əsasında “Azərbaycanfilm” Kinostudiyasında istehsal edilən ekran əsərində rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı və başqaları ifa edirlər.
Sevinc Qasımova