ELAZ.İNFO xəbər verir ki, Qətər Dövlətinin paytaxtı Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Əmək Nazirlərinin 6-cı Konfransı keçirilib.
Konfransda çıxış edən nazir Anar Əliyev son illər Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatların nailiyyətləri barədə məlumat verib, uğurlu təcrübələrimizi bölüşməyə hazır olduğumuzu bildirib.
Bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Konfrans çərçivəsində ikitərəfli görüşlər keçirilib, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Aydan