ELAZ.İNFO xəbər verir ki, bu gün — 15 oktyabr, Azərbaycan diplomatiyasının parlaq simalarından biri, dövlətimizin sadiq vətəndaşı, Gəncəmizin və bütövlükdə Azərbaycanın qürur mənbəyi olan Hikmət Hacıyevin doğum günüdür!
Hikmət müəllim, Siz bu xalqın yaddaşında təkcə Prezidentin köməkçisi kimi deyil, həm də Vətənə sədaqətin, peşəkarlığın, cəsarətin və intellektin nadir vəhdətini təcəssüm etdirən şəxs kimi yer almısınız. Son illərdə Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzda Sizin əməyiniz, soyuqqanlı, lakin qətiyyətli mövqeyiniz, düşməni susduran arqumentləriniz və milli maraqları hər yerdə müdafiə edən sarsılmaz duruşunuz böyük rol oynayıb. Azərbaycan xalqı son aylarda bir daha şahid oldu ki, Hikmət Hacıyev yorulmadan, böyük məsuliyyətlə, bəzən bir deyil, bir neçə ön cəbhədə çalışır, diplomatiyada, informasiyada, təhlükəsizlikdə və milli maraqların qorunmasında. Onun nitqində və davranışında gördüyümüz qürur, sadəlik və peşəkarlıq bir çox gənclərə nümunə, dövlət məmurları üçün isə örnəkdir.
Bu əlamətdar gündə Sizi ürəkdən təbrik edir, sağlamlıq, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Qoy hər yeni yaşınızla birlikdə Vətənə xidmət yolunda daha böyük nailiyyətlər qazanasınız, xalqımızın inamını və hörmətini daim qoruya biləsiniz.
Ad gününüz mübarək, Hikmət müəllim!
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil