ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.
Hörmətli Mehriban xanım,
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan xalqına göstərdiyiniz xidmətlər, xeyirxah missiyanız, mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin inkişafı və milli-mənəvi dəyərlərimizin qorunması yolunda gördüyünüz misilsiz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Sizin humanist fəaliyyətiniz, qayğıkeşliyiniz və xalqa sevginiz Azərbaycan cəmiyyətində nümunəvi bir örnəkdir. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun və xoşbəxt ömür, bütün işlərinizdə uğurlar diləyirik. Qoy xalqımız naminə həyata keçirdiyiniz nəcib işləriniz daima uğurla nəticələnsin və Azərbaycanın inkişafına yeni töhfələr bəxş etsin.
ELAZ.İNFO saytının əməkdaşları