Dmitri Sarayev: -“O kasetdə nənəmin çoxlu fikirləri vardı”

ELAZ.İNFO xəbər verir ki, Hacı Zeynalabdin Tağıyevin nəticəsi, qızı Sara xanımın Moskvada yaşayan nəvəsi, polkovnik-leytenant Dmitri Sarayev bildirib ki, “Nənəm atasını çox sevirdi. Bütün həyatını atasına həsr etmişdi. Həmişə bizə atasından danışırdı. Deyirdi ki, atası öz millətini həddindən artıq çox sevirdi”.

Dmitri Sarayev onu da qeyd edib ki, “Dostumun bir maqnitofonu vardı. Nənəmin yanına gələndə ona çoxlu suallar verib, səsini kasetə yazırdım. Amma o kaset indi itib. Atam o vaxt kiməsə verib, indi tapa bimirəm. O kasetdə nənəmin çoxlu fikirləri vardı. Məndə indi də nənəmin babama yazdığı məktubları qalıb”.

Məlumat üçün bildirək ki, Hacı Zeynalabidin Tağıyevin qızı Sara xanımın oğulları Oleq və Lev Nikolayeviç Sarayev Rusiyaya köçüblər. Dmitri Sarayev Lev Sarayevin oğludur. Dmitri Sarayev uzun müddət Bakıda nənəsi Sara xanımın yanında yaşayıb. Sonra Rusiyaya köçüb və hüquq-mühafizə orqanlarnda çalışıb. Polkovnik rütbəsində təqaüdə çıxıb.

Anar TAĞIYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights