BAĞ MÖVSÜMÜ BAŞLADI
Əlbəttə, yay fəsli ən çox istirahətli günlərlə yadda qalır.
Aşbazlıq ən gözəl peşələrdən olmaqla yanaşı, həm də bir çoxları üçün,həm xobbi, həm mənəvi istirahətdir.
20 ildən artıq aşbaz təcrübəsinə sahib Şahmar usta ELAZ.İNFO-ya Azərbaycanın qədim mətbəxinə aid olan LÜLƏ KABABIN sadə yolla bişirilməsindən danışıb.
Bu məhsullar ət maşınında çəkilib qarışdırıldıqdan sonra mütləqdir ki, əti kündə şəkilinə salıb 20 dəqiqə döyəsən. Sonra hər biri təxminən 200 qram olmaqla küftə şəkilinə salıb soyuducuda 2 saat saxlamaq məsləhətdir. Yaxşı olar ki, soğanı xırda doğrayasınız.
Sonra küftələri xüsusi lülə şişinə vurub, istədiyiniz formanı verə bilərsiniz. Çox qalın olmasın ki, şişdə qala bilsin. Şişdə daha bərk qalması üçün 500 qram toyuq qiyməsi də vura bilərsiniz. Sonra 15-20 dəqiqə közün üstündə qazardıqdan sonra süfrəyə üstünə mövsümə görə qırmızı soğan, nar, göyərti, sumaq vurularaq verilir.
Yaxşı olar ki, xüsüsi setkalarda bişirəsiniz.
Qeyd edək ki, bu yeni başlayanlar üçündür. Aşbazların hər biri lüləkababı özünə məxsus tərzdə bişirir, amma ümumilikdə tərkib təxminən eynidir.
400 qr quyruq,
1 kq mal əti -yumuşaq,
3 baş orta ölçüdə soğan,
düz, istiot.
Əgər şişdə bişirmək istəyirsinizsə yaxşı olar ki, quyruğu 200 qramdan artıq vurmayasınız.

Ruslan MƏMMƏDOV
