Kerem və Almeda gündəmdədir
ELAZ.İNFO, BAKI, 19.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Survivorda güclü yarışmaçılar arasında olarkən diskvalifikasiya edilən Almedanın paylaşımı trend mövzusuna çevrilib. Almeda bu paylaşımı dərhal silsə də, sosial mediada trend mövzuya çevrilməkdən qaça bilməyib.
Almeda və Kərəmin sosial şəbəkədə yayılan pozaları hər kəsi təəccübləndirib.
Almeda Baylan İnstaqramda qısa açıqlama verib və sonra bir neçə dəqiqə ərzində hekayəsini silib. Ercan Baylanla evli olan Almedanın yazıb, sonra sildiyi çaşdırıcı mesaj gündəmə gəlib.
”BU SÖZLƏR ÇOX YANLIŞDIR”
Almeda Baylanın yazdıqdan dərhal sonra sildiyi hekayəni təqdim edirik:
-“Yaxın dost olanlar həmişə belə foto paylaşırlar. Heç kim mənə yalan danışmasın, günahsızam deməsin. Kərəm mənim dostum, yaxın dostum, qardaşımdır. Əksinə, həyat yoldaşım belə ona güvənən biridir. Kiməsə bu cür böhtan atmağı düzgün hesab etmirəm. Hər kəsi öz vicdanı ilə qoyub gedirəm”.
Materialı hazırladı:
İlahə BAYINDIR