Diri-diri basdırılan Qəzza


ELAZ.İNFO xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, Qəzza zolağı İsrailin minlərlə hava hücumu, raket zərbələri və quru döyüşləri nəticəsində 68 milyon ton (!!!) dağıntı ilə doludur.


123 mindən çox bina tam dağıdılıb, 75 min bina zədələnib – bunlar anklavdakı bütün binaların 81%-ni təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, ərazinin təmizlənməsi $1 trilyondan çox vəsait tələb edir.
Handikap İnternational-ın (Beynəlxalq Əlillər Təşkilatı) məlumatına görə, 2023-cü ilin oktyabr ayından indiyədək İsrail qüvvələri Qəzzaya ~70 min ton mərmi və bomba atıb, onların 5-10%-i partlamayıb.
Böyük miqyaslı dağıntıların təmizlənməsi üçün İsrail ağır texnika və partlamayan sursatların zərərsizləşdirilməsi avadanlığının Qəzzaya girməsinə icazə verməlidir. Buna isə İsrail hakimiyyəti hələ icazə vermir.
Dağıntılar altında onminlərlə cəsədin qaldığı ehtimal edilir. Onların çıxarılmaması, həmçinin 1,5 milyondan çox fələstinlinin cəmi 180 km² ərazidə antisanitariya şəraitində yaşaması yolxucu xəstəliklərin yayılması üçün zəmin yaradır. Bunu isə İsrailin və Qərbin fələstinlilərə qarşı soyqırım siyasətinin növbəti mərhələsi adlandırmaq olar.

Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights