ELAZ.İNFO xəbər verir ki,Şərur rayonunun Muğancıq Mehrab kənd tam orta məktəbinə yenidən direktor təyin olunan Sinduz Cəfərovanın məktəbin bütün müəllim heyətini polisə şikayət edib.
Bu barədə müəllimlər“Gündəlik Naxçıvan”a məlumat veriblər.
Onların sözlərinə görə, şikayətə səbəb kollektivin direktorunu kütləvi şəkildə boykot etməsi və narazılıqlarını mətbuatda ictimailəşdirmələridir.
Sinduz Cəfərova iki il əvvəl eyni məktəbdə direktor işləyərkən rüşvət və korrupsiya ittihamları ilə vəzifəsindən azad edilib. Buna baxmayaraq, Təhsil Nazirliyi müəllimlərin etirazına məhəl qoymadan noyabrın 24-də onu yenidən direktor təyin edib.
Sözardı:Yəqin Təhsil Nazirliyində kadr çatışmamazlığı mövcuddur,ya da başqa səbəblər çox güclü rişə atıb.
Natəvan Bəydili