ELAZ.İNFO, BAKI, 02.05.2025.
Elaz.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev xəbərdarlıq edir: kiber oğurluq və aldadıcı sxemlər gündən-günə dəyişir və daha təhlükəli forma alır. Ən böyük təhlükə – öz məlumatlarımızı tanımadığımız şəxslərlə bölüşməyimizdir.
Şəxsi məlumatlarınızı, bank kodlarınızı paylaşmayın.
Sosial şəbəkələrdə ehtiyatsız paylaşımlar sizi hədəfə çevirə bilər.
Smartfonlar, xüsusən də içərisində məlumat olan cihazlar azyaşlıların istifadəsinə verilməməlidir.
Süni intellekt vasitəsilə edilən zənglərə və saxta linklərə aldanmayın!
Unutmayaq: İnformasiya təhlükəsizliyi – görünməyən silahdır.
Bu təhlükəyə qarşı ən yaxşı silah – məlumatlı olmaq və ehtiyatlı davranmaqdır!