Qiymət Eynidir, Amma Çəki Azalır!
ELAZ.İNFO xəbər verir ki, son vaxtlar market rəflərində oxucuların gözündən qaçmayan bir mənzərə yaranıb: Qiymət etiketi dəyişmir, lakin aldığınız məhsulun həcmi kiçilir. İqtisadiyyatda buna “Shrinkflation” (şrinkflyasiya) deyilir və bu, istehlakçının cibinə edilən ən hiyləgər hücumdur.
Əvvəllər standart olaraq 1 litr aldığımız süd məhsulları indi 900 və ya 850 ml-lik qablarda təqdim olunur. 100 qramlıq şokoladlar isə artıq 80 qrama düşüb. ELAZ.İNFO qeyd edir ki, istehsalçılar qiyməti artırıb müştərini itirməmək üçün məhsulun miqdarını azaldaraq faktiki bahalaşmanı gizlədirlər.
Yalnız marketlərdə deyil, restoran və kafelərdə də vəziyyət oxşardır. ELAZ.İNFO-nun əldə etdiyi məlumata görə, bir çox məkanda menyu qiymətləri ilə yanaşı, “servis haqqı” adı altında məcburi faizlərin tətbiqi və porsiyaların kiçilməsi müştərilərin əsas şikayət mövzusuna çevrilib.
Ruslan MƏMMƏDOV


