Diplomatik əlaqələr qurmağa dəvət edirəm

ELAZ.İNFO xəbər verir ki,Ərdoğan Dünyanı Şimali Kipri tanımağa çağırıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə çıxışında bildirib ki, “Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kipri kənarda saxlamağa hesablanmış layihələrin uğurlu olmayacağını vurğulamaq istəyirəm”

“Kipr məsələsinin həlli üçün əvvəllər dəfələrlə səy göstərilib, ancaq yunan tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən əhəmiyyətini itirmiş federasiya yaradılması yolu ilə həll oluna bilməz. Beynəlxalq ictimaiyyət Kipr türklərinin yarım əsrdir ki, davam edən təcridinə son qoymalıdır. Beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa, diplomatik əlaqələr qurmağa dəvət edirəm”, – o bildirib.

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights