-Bu gün bu sözlərin müəllifinin – dahi Mirzə Ələkbər Sabirin dünyaya gəldiyi gündür. Azərbaycanın usta satirik şairi mərtəbəsinə ucalan Mirzə Ələkbər Sabir 1862-ci ilin bu günü şairlər yurdu Şamaxıda dünyaya gəlib.
Azərbaycan ədəbiyyatı tarixində ictimai və bədii fikrin ən layiqli nümayəndələrindən biri hesab olunan Sabir dövrünün kamil şairdərindən sayılırdı. Qələmi qılıncdan da iti olan şair dövrünün bütün eybəcərliklərini açıb tökürdü.
Humanizm və azadlıq ideyalarına arxalanan şair xalqının haqq səsi idi. Haqq səsini eşitməyən qulaqlara eşitdirir, görməyən gözlərə göstərirdi.
Sabirin səsi Azərbaycanın sərhədlərini aşırdı, onun şəxsiyyətinə hörmət və ehtiram, yaradıcılığına sevgi, məhəbbət gətirirdi.
Şairin bədii irsinin nümunələri “Hophopnamə” adlı kitabda öz əksini tapıb. Və bu nümunələr çox saylı oxucular tərəfindən böyük məhəbbətlə oxunur, əzbərlənir.
İlahə BAYINDIR