DİM imtahanlara beləmi hazırlaşıb?

DİM-də əcaib-qəraib işlər baş verir

DİM-in imtahanlara dolaşıq, anlaşılmaz suallar salıb, uşaqların ballarını aşağı salması və onları 80 manat ödəyib, təkrar imtahan verməyə vadar etməsi nə qədər düzgündür?

DİM imtahanlara beləmi hazırlaşır?

70 min abituriyent DİM-n səhvinə, səhlənkarlığına, qeyri-peşəkarlığına görə niyə təkrar imtahana girməli, stress keçirməlidir? O gənclərin, valideynlərin çəkdikləri stresə görə DİM cavab verməlidir.

Ən yaxşısı odur ki, mövcud vəziyyətə görə bütün o 70 minin hamısı toplaşıb DİM-i versin məhkəməyə. Maddi və mənəvi təzminat açsınlar. Haqlarını, hüquqlarını alsınlar. Susmasınlar. Susmaq nahaqqa meydan açmaq deməkdir.  

Başqa bir fikir də beynimi qurcalayır; -bu bəlkə planlıdır? Təkrar imtahan keçirməklə DİM-in büdcəsinə 5 milyon 600 min manat daxil olacaq. Az məbləğ deyil. -“Millət necə tarac olur olsun, mənə nə???” Bax, burası qorxulu və təhlükəlidir. Təhsili əcaib-qəraib işlərə, mənimsəmələrə sürükləmək millətin gələcəyi ilə oynamaq deməkdir.

Digər tərəfdən bu uşaqların təkrar imtahanlardan keçsələr belə balları da aşağı salınıb, ödənişli ixtisaslarda oxumağa məcbur ediləcəyi də şübhə yeridir. Fikirləş, ha fikirləş!

İlahə BAYINDIR

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights