Dilimizin möhtəşəmliyini sübut edən faktlar:

ELAZ.İNFO

“Türk dilinin 5500 il bundan öncə mövcud olması, müstəqil və ikiqollu bir dil olaraq var olması müəyyən edilmişdir. Bu gün yaşayan dillər arasında ən əski yazılı bilgilərə sahib olan dil türk dilidir. Bu dildəki kəlimələr Şumer tabletlərindən alınan kəlmələrdir”.

O.N.Tuna.

“Azərbaycan türkcəsi riyaziyyat kimi bir dildir, bu fikri alman dilçiləri söyləyirlər, sanki bir qrup riyaziyyatçı oturub riyazi qaydalara uyğun düzgün bir dil icad edək deyə türk dilini yaratmışlar”.

Alman alim Maks Müller; O.Şirvanoğlu.

“Türk dilini öyrənən tədqiqatçılar Sfinksin qarşısında dayanıb onu heyrətlə izləyən tamaşaçılara bənzəyirlər”.

Nikolay Marr, sovet şərqşünası, qafqazşünas alim.

“Səfəvilər sülaləsinin ana dili olan türk (Azərbaycan) dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmışdı. Nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Həm də türk dili bütün şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır”.

Səfəvi sarayında olmuş alman alimi Engelbert Kempferin xatirələrindən.

“Rus İmperiyası Qafqaza gələnə qədər çeçenlər, inquşlar, osetinlər, dağıstanlılar arasında, o cümlədən bütün Qafqaz regionunda Azərbaycan türkcəsi ortaq ünsiyyət dili olmuşdur”.

Nataliya Barmina, Rusiyalı tarixçi, dosent, politoloq.

“Azərbaycan dilini bilməklə bütün Yaxın Şərqi rahat gəzmək olar”.

Bestujev Marlinski, Rusiyalı şair, yazıçı, publisist (1797-1837).

“Şərqi Anadolu (indiki Şərqi Türkiyə) Osmanlı Dövləti tərəfindən fəth edilməmişdən əvvəl bu ərazilərin dili Azərbaycan türkcəsi idi və indiyə qədər də həmin ərazilərdə Azərbaycan şivəsi işlənir.”.

Mehmet Fuat Köprülü, Türk ədəbiyyat tarixçisi, filoloq, siyasətçi.

“Şumer adında xalq və dil olmayıb, bunların hamısı məqsədli şəkildə uydurmadır. Onlar, yəni mixi yazılarının yaradıcısı Türklərdir. Avropalı və digər alimlər bütün dünyanı çaş-baş salırlar, amma çox gözəl bilirlər ki, mixi yazilarının dili təmiz Azərbaycan və Türkiyə türk dilinin vahid, yəni hələ ləhcələrə ayrılmamış versiyasıdır. Di gəl ki, ayaqlarından da assan, heç biri onu türkə verməz. Necə ki, Avropa ədəbiyyatı Persiyada min ildən çox türk şahlığını qəbul edə bilmir. Əslində onların hamısının bir dərdi var : Nə olur – olsun, bütün gerçək tarixi hadisələr türkün yox “Hind-İran-Avropa”nın olsun”.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights