14 APREL, ELAZ.İNFO
Gəlin təhsilimizdə olan bəzi boşluqlara diqqət edək -mövzu dərsliklərdir. Tədris vəsaitlərində çatışmazlıq çox aktual və bu millətin sabahını fikirləşən hər kəsi narahat edən bir məsələdir, müzakirə olunan bir məsələdir. Bu problemin müxtəlif aspektləri ola bilər.
Dərsliklər dövlətin milli siyasətinə əsasən hazırlanmalı, millətin milli tarixi keçmişinə söykənən mətinlərlə təşkil edilməlidir (təbii ki, mətinlərlə iş tələb edən tədris vahidlərinə aiddir). Aktual olmayan, təkrarçılıq yardan məzmunlar yolverilməzdir. Məsələn, ədəbiyyat kitabındakı mətnin Azərbaycan dili kitabında da verilməsi şagirddə yeni informasiya yaratmaq yerinə maraqsızlıq hissi yaradır. Şagirdin yaşına və səviyyəsinə uyğun olmayan izahlar və tapşırıqlar metodoloji cəhətdən problem olaraq qalır.
Dil və ifadə tərzi də bir başqa problemdir. Anlaşıqlı və axıcı dildən uzaq, akademik və çətin terminlərlə yüklü üslub şagirdlərin həddən artıq yüklənməsinə gətirib çıxarır.
Dərs ilinin əvvəlində şagirdlərə kitablar paylanan zaman dərs vəsaitlərinin çatışmazlığı hələ də həllini tam tapmamışdır. Məktəblərdə şagirdlərin İKT biliklərinə yiyələnməsi üçün kənd və şəhərlə müqaisədə bərabər və ədalətli bölgüdə təmin edilmir.
Natəvan BƏYDİLİ