Dığaların 2 tankını bir mərmi ilə məhv edən qəhrəman

ELAZ.İNFO

Dığaların 2 tankını bir mərmi ilə məhv edən, düşməni pərən-pərən salan Milli Qəhrəmanımız Albert Aqarunov haqqında maraqlı faktlar: 8 qardaşı, 2 bacısı olan Albert ailənin sonbeşiyi idi. Anası “Qəhrəman ana” adına layiq görülmüşdü. 1987-1989-cu illərdə Gürcüstanın Axalkalaki rayonunda hərbi xidmətdə “starşina” rütbəsi alaraq, tank komandiri vəzifəsində xidmət edib. 90-cı illərdə ailə üzvləri və yəhudi millətindən olan bir çox vətəndaşımız İsrailə, digər xarici ölkələrə köçüb getsə də, Albert Vətəni hesab etdiyi Azərbaycanda qalmağı, son nəfəsinədək onun uğrunda savaşmağı üstün tutur. O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksək ixtisaslı peşəkar hərbçilərə, o cümlədən tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilərək, qanlı döyüşlərin getdiyi Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində böyük hörmət qazanır. Qəhrəman tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla canlı qüvvəsini və xeyli hərbi texnikasını məhv edir. O, dığalara məxsus iki tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə məhv edirdi, bu metod sonralar silahdaşları tərəfindən “yəhudi buterbrodu” adı alır. 8 may 1992-ci il – Şuşa uğrunda döyüşlər Albertin son döyüşü oldu.. Hələ mayın 7-də şəhərin müdafiəsində dayanan azərbaycanlı döyüşçülərin böyük qismi buranı tərk etmişdi və düşmən qüvvələri gecə saatlarından etibarən Şuşaya hücum etməyə başlamışdı. Albert son anadək Şuşanın müdafiəsində dayanan azsaylı döyüşçülərimizdən idi. Gün ərzində şəhərin müxtəlif istiqamətlərində şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yolla sürdüyü vaxt, kapitan A.Aqarunovun tankı peyda olur. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açır. Üç dəqiq zərbədən sonra düşmən tankı alışmağa başlayır. Avşaryan yaralı halda tankın lükünü açıb tülkü kimi qaçmağa müvəffəq olsa da, lakin sürücüsü və atıcısı yanaraq cəhənnəmə vasil olur. Albertin göstərdiyi bu qəhrəmanlıq nümunəsi eyni zamanda Birinci Qarabağ müharibəsinin ilk tank döyüşü kimi də tarixə düşür.A.Aqarunov daha sonra Şuşa-Laçın yoluna doğru irəliləyir. Cəsur döyüşçü burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların meyitlərinin üstündən keçməməyi tapşırır və ona yol göstərmək üçün tankdan enməli olur. Bu zaman o, düşmən snayperinin atəşi nəticəsində şəhid olur.
Müharibədən sonra dığalar Albertin vurduğu həmin tankı bərpa edib yenidən rəngləyərək onu Xankəndi-Şuşa yolunun üstündəki qayada abidə kimi ucaltmışdılar. Lakin 2023-cü ilin sentyabrında ordumuzun Qarabağda apardığı birgünlük antiterror tədbirindən sonra dığaların özləri kimi m*urdar “abidələri” oradan yığışdırılıb. Albertin vurduğu tank Bakıya gətirilib və hazırda Qənimətlər Parkında nümayiş olunur.
Albert subay idi.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights